Novruz bayramının
mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu
ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı.
Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və
tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd
göstərmşlər.
Hətta bəzi din xadimləri belə bir fərziyyəyə uydurmuşlar ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki imam Əli iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir.
Hətta bəzi din xadimləri belə bir fərziyyəyə uydurmuşlar ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki imam Əli iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir.
Xalqın bayramla əlaqədar
keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyildir. Əksər xalqlar
bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları
indiyədək saxlamışlar.
Azərbaycanda Novruz
Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da
Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer
tutduğunu göstərirlər. Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən,
onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış
adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik
təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.
"Siyasətnamə"
əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq
bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan
poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir
və tərənnüm edilir.
Novruz bayramında çərşənbələr
Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün
bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da "Ab, atəş, xak, badan
yarandım" deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır
insan.
·
Birinci su çərşənbəsi adlandırılırdı.
Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür.
Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su
gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
·
İkincisi od çərşənbəsi adlanır.
Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu
yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə
üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.
·
Üçüncüsü yel çərşənbəsidir.
Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri
tərpədir, tumurcuqlanan ağacları yellədir.
·
Dördüncüsü torpaq çərşənbəsidir.
Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona
görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə
başlayardılar. Yaşlı qadınlar "Səməni, saxla məni, ildə göyərdərəm
səni" deyib buğda isladardılar.
Novruz adətləri
Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:
1. Papaq atmaq. Qapıya
atılan papağı boş qaytarmazlar.
2. Qulaq falına çıxmaq.
Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə
işarədir.
3. Tonqaldan tullanmaq.
Tonqaldan tullarkən bu ifadə deyilir: "Ağırlığım - uğurluğum odda
yansın".
4. Üzük falına baxmaq.
Qızlar üzüyü sapa bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük
stəkana neçə dəfə dəysə,bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
5. Səməni yetişdirmək. Bu
yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.Səməni xonçaları bəzəmək.
6. Yumurta döyüşdürmək.
Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.
7. Qonaq getmək. Novruzda
qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.
8. Şam yandırmaq. Novruzda
ailənin sayı qədər şam yandırarlar.
9. Küsülülərin barışması.
Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.
10.
Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir.
Bunun mənası insanların birliyidir.
11.
Xoruz döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür.
12.
Novruz oyunları oynamaq. Məsələn, ənzəli.
Novruz dünya xalqlarının bayramı kimi
Novruzu qeyd edən hər
bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun,
özünəməxsus mövsum və mərasim nəğmələri yaratmışdır.
Novruz Azərbaycanla yanaşı İranda, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi
təntənə ilə qeyd edilir.
Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur
Novruz dünyanın əksər
ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-Anceles, Toronto,Londonu saymaq olar. Los-Anceles şəhərinin ocaq qalamağa
dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir.
Buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən
azərbaycanlılar və iranlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq
qalamağa icazə verilmiş yerlərdə bayram ocağı qalayırlar.
Novruz
Azərbaycanda
Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının,
əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti
təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər
çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı ("gün çıx!"
nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə
etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq
ənənələrinin davamıdır.


No comments:
Post a Comment