Professor Vidadi Xəlilov "İşıq" haqqında yazır:
İstedadlı yazıçı-publisist, jurnalist Böyükağa
Mikayıllının qələmə
aldığı və
görkəmli ziyalımız-pedaqogika
üzrə elmlər
doktoru, professor, Rusiya
Pedaqoji və
Sosial Elmlər
Akademiyasının həqiqi
üzvü, əməkdar müəllim
Əjdər Ağayevin
mənalı ömür
yoluna həsr
etdiyi «İşıq» sənədli
romanı haqqında yazarkən
həmin misralardan
yan keçə
bilmədim. Necə
deyərlər, lap
yerinə düşdü. Bəli, öz
eşqi, varlığı ilə
çırpınan hər
bir insanın
ürəyindən keçənləri
dil deməlidir. Əgər
ürək-qəlb xatirələri
ilə yaşanılan
ömürdə olub-keçənləri
dil demirsə, kimin-kim
olmasını haradan
bilək? Sözümün
bu yerində
antik dövrün
dahi filosof
alimlərindən sayılan
Sokratın hər
yerdə heyrət
və heyranlıq
yaradan deyimi
yadıma düşdü:
Hər dəfə Qadir Allahın yaratdığı insanların keçdiyi ömür yollarından, yaşam anlarından söz düşəndə unudulmaz şairimiz Süleyman Rüstəmin zəngin məna çaları ilə aşılanan sözləri yadıma düşür:
Çox
zaman dil
demir, ürək
deyəni,
Mənə
ürəyini aç, görüm
səni.
Qaranlıq
gecəyə hüsnünlə
bir an,
Ay
təki nur, işıq
saç görüm
səni!...

- Danış səni
görüm! Danış
səni görə
bilim?
Bax elə çox böyük məna tutumu ilə
səslənən bu sözlərin təsiri ilə Böyükağa Mikayıllının yeni üslubda, yeni janrda
yazdığı «İşıq» sənədli romanını vərəqlədim. Adinin özündə qeyri adi görünən bu
kitabın ilk səhifələrindən başlayaraq, ayrı-ayrı bölmələrinin hər birində
indiki, gələcək nəslimiz üçün nümunə ola biləcək bir alim-yazıçı ömrünün,
hərtərəfli istedad sahibinin həyatı hiss -həyəcan doğuran epizodlarla nəzərə
çatdırılır. Belə bir mövqe təsadüfi deyil. Müəllif on ildən çox bir müddət
ərzində pedaqoji jurnalistikanın inkişafı sahəsində öz dəsti xətti ilə tanınan
və hazırda «Təhsil və zaman» qəzetinin baş redaktoru kimi səmərəli fəaliyyət
göstərən professor Əjdər Ağayevlə bu şərəfli yolda birgə çalışır. İşıqlı gələcəyin
yolu ilə irəliləyir, qarşıya qoyulan vəzifələrin həlli yolunda inamla
addımlayırlar.
Qardaşın necə adamdır? Yol-yoldaşı olmamışam,- deyə cavab verən
müdriklərin sözü burada da yerinə düşür. B.Mikayıllı ötən illər ərzində ustadı
saydığı Əjdər müəllimlə çox səfərlərdə olub, yoldaşlıq edib. Bir yerdə çox
çətin, gərgin anlar yaşayıblar. Qəzetin növbəti nömrəsi sabah oxucularına
çatmalıdır. Görüləsi iş isə hələ çoxdur. Nə etməli?
Yuxusuz gecələrə adət etməli, səhəri-günəşi iş yerində qarşılamalı.
Başqa çarə yoxdur. Bax həmin gecələrdə həmin anlarda keçilən həyat məktəbinin
dərsləri Böyükağa müəllimi «İşıq» romanını yazmağa ruhlandırıb. Ustadının
bir-birindən maraqlı xatirələrini, olub keçənləri dinlədikcə yazacağı kitabın
səhifələrini yaddaşına köçürüb.
Bu
da maraqlıdır ki, haqqında bəhs etdiyimiz povest hələ kitab halında nəşr
edilməmişdən əvvəl məhz “Təhsil və zaman” qəzetinin ayrı-ayrı nömrələrində
verilən nümunələr əsasında oxucu rəyinə, oxucu sözünə səbəb olub. Qəzetin daimi
oxucularından olan yaxşı, dəyərli sözün qədrini bilən, silsilə yazıları ilə
tanınan Qurbanxan Pirəliyevin «Təhsil və zaman»ın 30 iyun 2012-ci il tarixli
nömrəsində dərc edilən məqaləsi də sözün həqiqi mənasında hiss-həyəcan
oyadır. «İşıq»ın işığında mən Əjdər müəllimlə yanaşı, özümün də ömrümü,
həyatımı, keçmişimi düşündüm,- deyir. Ömür yollarını, yaşam anlarını
xatırlayır, povestin mövzu sisteminə, üslubuna haqq qazandıraraq yazır:
«B.Mikayıllı Əjdər Ağayevin
timasalında ümumiyyətlə təhsilin, maarifin, məktəbşünaslığın nə demək olduğunu,
müəllimliyin xüsusiyyətlərini hərtərəfli təhlil edir. Doğrudan da, əsl müəllim
olmaq, əsl pedaqoq adı qazanmaq üçün təkcə ali təhsil alıb diplom əldə etmək
bəs deyil. Bunun üçün gərək bütün məktəbşünaslıq elminin sirlərini dərindən
öyrənəsən, dərindən biləsən, pedaqoji ustalığa mükəmməl yiyələnəsən, idrakını,
təfəkkürünü, psixoloji durumunu durmadan inkişaf etdirəsən, durmadan
təkmilləşdirəsən, mənəviyyatını saflaşdırasan, duruldasan, sözün böyük
mənasında ziyalı olasan.
Müəllif kitabına «İşıq» adını çox
düzgün verib, uğurlu seçim edib. Külli-kainatı nurlandıran Günəş timsallı
müəllim də elə ətrafına həmişə nur saçan işıq mənbəyidir. Böyükağa Mikayıllının
kitabını həsr etdiyi Əjdər Ağayev də məhz ətrafına daim işıq saçan belə nurlu
müəllimlərdəndir. O, cavanlıqdan, hələ tələbəlik illərindən ətrafındakılardan
həmişə fərqlənmiş, ona dərs deyən alimlərin, müəllimlərin, tələbə yoldaşlarının
diqqətini cəlb etmişdir».
Bəli, bəzən də belə olur. Oxucu həyatı reallıqlarla aşılanan əsəri,
kitabı elə bir nəfəsə başa çatdırmaq istəyir. Ancaq etiraf edək ki,
B.Mikayıllının «İşıq» sənədli romanı da minlərlə oxucunu bədii-estetik cəhətdən
həyəjanlandıra bilib. Qurbanxan Pirəliyev də həmin o minlərdən biridir. Əslinə
qalsa mən də həmin hissləri keçirirdim və romanın ayrı-ayrı hissələri dərc
olunan qəzetləri səbirsizliklə gözləyirdim. Axı romanın qəhrəmanı bizmlə
birikdə pedaqogika elminin, bütövlükdə təhsilimizin inkişafı naminə yorulmadan
çalışan həmkarımız Əjdər Ağayevin ömür kitabı vərəqlənirdi.
Uşaqlıq, yeniyetməlik, gənclik çağlarında keçdiyi mənalı, nəsillərə
nümunə olan ömrün dolanbac yolları canlanırdı gözlərimiz qarşısında. Musiqi
sənətində «Sözsüz mahnı» janrı var. Böyük alman bəstəkarı Mendelson qoyub bu janrın
əsasını. Azərbaycanda isə bu janrda bir-birindən dəyərli silsilə əsərlər
yaradan, sağlığında Əjdər müəllimin və mənim yaxın dostum kimi tanınan Süleyman
Ələsgərov olub. Bu sözləri təsadüfən işlətmədim. Söz sənəti sahəsində «İşıq» romanı
da mahiyyətinə, məzmununa görə tamamilə yeni bir janr təsiri bağışlayır. Adının
özündə qeyri adilik var bu romanda. Bəlkə
elə bunu da «Sözlü mahnı» janrı kimi qəbul edək. Musiqililik, ritmik ahəngdarlıq
var bu sənədli romanda.
Əhvalatlar,
əsərin qəhrəmanının yaşam tərzi ilə üstalıqla dinamik bir tərzdə təsvir edilib ki,
adam hiss və həyəcanını gizlədə bilmir. Bu sənədli əsəri oxuduqca istər-istəməz
düşüncələr aləminə qərq olursan. Əjdərin tərcümeyi halında silinməz-pozulmaz anlara
çevrilən, axarlı-baxarlı, əndişəli, təzadlı günlər görmüş aqil bir insan iradəsinə,
əzminə yaradıcılıq qayəsinə heyran qalırsan. Fəxr duyursan. İşığa bürünmüş, işıq
saçan şəxsiyyəti və haqqın- ədalətin təntənəsini görürsən.
Müxtəlif
nəsillərdən olan insanların mənəvi tərəqqisi yolunda müəllim, şair, jurnalist, tərcüməçi
fəaliyyətində orijinal üslubu ilə tanınan Əjdər Ağayev fenomen şəxsiyyət, parlaq
ziyalıdır. Bax bu parıltı, bu parlaqlıq öz-özünə yaranmayıb. Bunlar həyatda və yaradıcılıq
prosesində olmuşların təsiri ilə meydana
çıxıb.
«İşıq»ın
real qəhrəmanı Əjdər Ağayevin keçdiyi ömür yolu, bu yolun ayrı-ayrı dönəmləri sözün
həqiqi mənasında oxucuları sehirləyir. İstedadın, zəhmətsevərlik və əzmkarlığın,
mübarizliyin təntənəsi görünür. Nə yaxşı ki, Böyükağa Mikayıllı mənalı həyat, yaşayıb-yaratmaqla
bağlı bu prinsipial cəhətləri əsərin baş qəhrəmanının həyatında görüb, onları məntiqi
ardıcıllıqla ipə-sapa düzə bilib. Ancaq etiraf edək ki, Əjdərin ali təhsil aldığı
V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutundakı tələbəlik illəri heyrət
və heyranlıq yaratmaq baxımından daha təsirlidir. Romanın «Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi ilə üz-üzə»
adlı hissəsində təsvir olunan və gənc Əjdərin tələbəsi olduğu tarix-filologiya fakültəsinin
məşğələlərindən nəzərə çatdırılan bir epizod da təsirlidir:
- Auditoriyanın qapısı
açılır. Professor
Mikayıl Rəfili
içəri daxil
olur. Bu dəfə
tək deyildi. Tələbələrin
tanımadığı, ağ
saçları ağ
sifətinə yaraşıq
verən bəstəboy
nurani simalı
bir nəfərlə
gəlmişdi. M.Rəfili
auditoriyaya müraciətlə: Siz
mənim yanımdakı
bu almi
tanıyırsınızmı?- deyə
sual etdi. Tələbələr:
Xeyir, tanımırıq
dedilər. Bu,
professor Əkrəm
Cəfərdir. Siz
onu ona
görə tanımırsınız
ki, həyatının 15 ildən
çoxunu sürgündə
keçirib. Sürgündə
olan adamı
necə tanıya
bilərsiniz?- dedi. Amma
represiya illəri
arxada qalıb. Professor
Əkrəm Cəfər
də bəraət
alıb. Biz indən
belə onunla
tez-tez görüşəjəyik.
Sözünə davam
edən professor
Mikayıl Rəfili: Mən
sizə bu
gün əruz
vəzni haqqında
mühazirə oxumalıyam,-
söylədi. Amma
nə qədər
ki, əruz vəzninin
ən mahir
blicisi Əkrəm
Cəfər var, mən
də sizinlə
birlikdə onu
dinləməliyəm
deyib professor
Əkrəm Cəfərin
qoluna girir. Onu
tələbələrə bir
az da
yaxınlaşdırıb: Baxın, deyir
siz bu
gün Azərbayjan
ədəbiyyatının ən
görkəmli nümayəndələrindən
biri ilə
üz-üzə dayanmısınız. Tələbələr
professorun təvazökarlığına, alim, müəllim
həmkarına verdiyi
dəyərə heyran
qalırlar…
Təsirli əhvalatdır, əslinə
qalsa işıqlı, nurani
insanlar bax
beləcə nümunə
göstərilməyə layiq
əməllərilə də
tanınırlar, sevilirlər, belə
demək mümkünsə
işıq saçırlar. Gələcək
nəsillərin yollarını
işıqlandırmaq üçün.
Keçən əsrin
50-ci illərində- Böyük
Vətən Müharibəsindən
sonrakı illərdə
ixtisas sahələrinə, elmin
əsaslarını öyrənməyə
maraq çox
güclü idi. Tələbələr, o
cümlədən Əcdər, Əhəd, Nəriman
üçlüyü də
elmə, incəsənətə
çox böyük
maraq göstərir, bu
istiqamətdə nəzəri
biliklərə, bacarıqlara
yiyələnirdilər.
Tarix- filologiya
fakultəsində şairlər, yazıçılar, rəssamlar, bəstəkarlar, görkəmli
musiqi ifaçıları
ilə görüşlər
bir ənənə
şəklini almışdı.
Fakultativ məşğələlər, marağa
görə kurslar
da tələbələrin
bədii-estetik
görüşlərini genişləndirir, eyni
zamanda yaradıcılığa
ruhlandırırdı. Romandan sətirlər:
«Şəfiqə Axundovanın
musiqi dərsləri
ona (Əjdərə-V.X.)
xüsusi zövq
verirdi. Artıq
ölkədə kifayət
qədər tanınan
bəstəkar həlim, ürəyəyatımlı
səsi, tədris etdiyi
mövzuya maraq
oyatmaq istedadı
ilə tələbələrdə
musiqiyə sonsuz
məhəbbət hissi
yarada bilmişdi. Böyük
Üzeyir Hacıbəyli
sənətindən pöhrə
verib boy
atan Şəfiqə
Axundova sədası
könüllər oxşayan
Azərbaycan musiqisinin
bir parçası
kimi tələbələri
özünə cəlb
edir, onları musiqinin
bəşəri dilinin
əsrarəngiz zövqünü
anlamağa ruhlandırırdı. Şəfiqə
Axundovanın musiqi
dərsləri bir
musiqi müəlliminin
hansısa bir
mövzunun tədrisi
ilə yekunlaşmırdı. O, klassik
Avropa və
Şərq musiqisini, eləcə
də onların
sintezini auditoriyaya
gətirirdi…”
Nə gözəl, həyatı
reallığa əsaslanan
və keçən
əsrin 50-ci
illərindən xatirə
qalan bu
cəhətlər romanın
müəllifi Böyükağa
Mikayıllının olub-keçənlərə
bədii-estetik yanaşmasının, hadisələrə
ictimai məna
vermə bacarığının
təzahürüdür.
Görkəmli
bəstəkarımız Fikrət
Əmirovla görüş
anları da
heyrətamiz, hiss-həyəcan
oyadan bir
tərzdə təsvir
edilib:
«Elanda görkəmli
bəstəkarın tələbələrlə
görüşə gələcəyi
onların diqqətinə
çatdırılırdı. Əjdərə
mətbuatdan bəlli
idi ki, Fikrət
Əmirov Amerika
Birləşmiş Ştatlarından
qayıdıb. Görkəmli
bəstəkarın həyat
və yaradıcılığına
bələd olan
Əjdər Amerika
təəssüratlarının çox
maraqlı olacağını
düşündü. Görəsən
uzaq Amerikada
onu necə
qarşılayıblar? Əsərləri
yad ölkədə
necə dinlənilir, necə
dərk edilir? Bu
barədə onun
özündən eşitmək
necə də
xoş olardı…»
Suallar-suallar… Bir-birindən
maraqlı suallar
düşündürürdü tələbə
Əjdəri. Yataqxanaya
qayıdanda evlərindən
gətirdiyi potefonu
işə saldı. F.Əmirovun
qrammofon valına
yazılan əsərlərinə
bir də
qulaq asdı. Nahar
etməyi də
unutmuşdu. İndi
onu həmin
görüşdə səslənən
xatirələr düşündürürdü. Xəyal
onu Fikrət
Əmirov musiqisin
qanadlarında Amerikaya
apardı və 59 misralıq
şeiri ilə
qəlbində baş
qaldıran suallara
elə özü
də cavab
verdi. Vallar
satılan mağazada
baş verən
hadisəni təsadüfən
vitrində qalmış
bir valın
satışı və
səsləndirilməsi ilə
bağlı söz-söhbətləri
müəllif elə ustalıqla
nəzmə çəkib
ki, adam heyrətini
gizlədə bilmir.
Bəli, «İşıq» sənədli
romanı bax
beləcə oxucunu
maraqlandıran, hisslərini
oyadan real
faktlar-həyat
hadisələri ilə
zəngindir. Elə
buradaca qeyd
edim ki, Azərbaycan
Yazıçılar Birliyi
Muğan Bölməsinin
sədri Namiq
Hacıheydərli də
romanın ilk
oxucularından biri
kimi ürək
sözlərini deməyi
özünün vətəndaşlıq
borcu sayıb:
«Kitabda diqqət
çəkən uğurlardan
biri də
əsər boyu
müdrik deyimlərdən
istifadə olunmasıdır. Burada
müdrik ifadələrin
işlənməsi təsadüfi
deyil, yazar-araşdırmaçının
ustalıqla yarada
bildiyi məqamlardan
doğur. Elə
kitabın başlanğıjında
«İşığa çatmaq istəyənlər özləri də bir
işıqdır»- kimi
deyimi oxucuda
maraq yaradır. Bu
deyim istər-istəməz
kitabın davamını
oxumağa zəmin
yaradır. Az
sonra oxucu
«Bizim qəlbimizi işıqlandırmağı bacaranlar bizdən güclüdür» - kəlamı ilə
qarşılaşır. Bu
məqamda oxucu
düşünür, işığa
can atır, işığın
mahiyyətinə varmağa
çalışır. Az
sonra «İnsan arzularına nə qədər
gec qovuşursa, özünü bir
o qədər
yaxşı tanıyır»- söz-xəzinəsilə
üz-üzə gələn
oxucu özünü
möcüzələr aləmində
səyahət edən
yolçu kimi
hiss edir. Sanki, yazar
oxucunu kənardan
izləyir, onun
nə düşündüyünü
bilir və
məqamı gəldikcə
uzun illik
təcrübənin nəticəsi
olan gerçəkliyi-müdrik
deyimi oxucunun nəzərinə
çatdırır… Az
sonra yazar
tərəddüd içində
olan oxucunun
hayına çatır: «İstedadın parlamsı üçün
mühit lazımdır. Amma mühitin özünə də
istedad lazımdır. Əgər istedad özünə mühit
tapmasa, mühit
özü onu
tapacaqdır».
«İşıq» romanı
haqqında deyilən
bu sözlər, oxucu, sənətkar
həssaslığının nəticəsi
kimi qiymətləndirilməlidir. Güman
edirik ki, əlavə
şərhə ehtiyac
yoxdur. Sözümün
əvvəlinə qayıdıram.
Bu kitab adi
kitab deyil. Mövzu, məzmun, üslub, forma
baxımından oxucunu
sehirləyən, diqqətini
çəkən bir
kitabdır. Bax
burada hikmət
sahiblərinin dediyi bu sözlər də yadıma düşür:
- Hər insan
ömrü bir
kitaba bənzəyir. Bu
kitab, qalın
da ola
bilər, nazik
də. Adi və
bahalı-zərli
kağızda da
çap oluna
bilər. Əsas
məsələ kitabın
necə, hansı kağızda
çap olunmasında
deyil, onun
məzmunundadır. Məzmun, məna
gözəlliyi isə
hər cəhətdən
əlverişlidir, təsirlidir, tərbiyəedicidir.
«İşıq» sənədli
romanında olduğu kimi.
VİDADİ XƏLİLOV,
pedaqogika
üzrə elmlər
doktoru,
professor, Rusiya
Pedaqoji və Sosial
Elmlər Akademiyasının həqiqi
üzvü,
əməkdar müəllim.
No comments:
Post a Comment