
ayında Təhsil Şurasının keçirdiyi “Qarabağ həqiqətlərinin böyüyən nəslə çatdırılmasının elmi-metodiki və praktik məsələləri” mövzusunda elmi-təcrübi konfransa respublikanın bir sıra qabaqcıl müəllimləri kimi Əsgər Manafov da qatılmışdı. Konfransdan əvvəl Əsgər müəllimin hansı mövzuda çıxış edəcəyi ilə maraqlandım. O, “Şuşa şəhərinin xanlıq mərkəzi kimi yaradılması və inkişafı” mövzusunda məruzə hazırladığını bildirdi. Söylədi ki, Qarabağın şah damarı olan Şuşanın tarixinin gənclərimizə öyrədilməsi bu gün müəllimlərin qarşısında dayanan mühüm vəzifələrdəndir. Əgər bu işə mən də öz töhfəmi verə bilərəmsə, vəzifəmin öhdəsindən az da olsa gəlmiş olaram. Əsgər müəllim konfransdakı geniş, məzmunlu çıxışında Şuşanın tarixi ilə bağlı maraqlı faktlar səsləndirdi, Şuşada doğulmuş, bu şəhərin ədəbi, içtimai, mədəni mühitində formalaşmış görkəmli şəxsiyyətlərin adlarını bir-bir sadalaması konfrans iştirakçılarının diqqətini cəlb etdi. Bu çıxış bir müəllimin vətənpərvərlik hisslərinin ifadəsi idi. O, hər bir cümləyə, ifadəyə, fakta, tarixi hadisəyə incəliklə yanaşmış, mövzu üzərində sanki Şuşa şəhərinin tədqiqatçısı kimi çalışmışdı. Elə bu çıxışı ilə də təsəvvürümdə Əsgər Manafovun vətənsevər müəllim obrazı yarandı və onu daha yaxından tanımaq üçün dərslərini izləməyi qərara aldım. Məktəbdə olarkən eşitdim ki, bir gün əvvəl 6 nömrəli tam orta məktəbin “Şahin” hərbi idman komandası rayonun 46 məktəbi arasında birinci yerə layiq görülüb. Bir neçə il əvvəl isə o, yetirmələri ilə birgə bu mötəbər yarışın qalibi olub. Təcrübəli müəllimin dərsində Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevlə birgə iştirak etdik.
Müəllim keçəcəyi
mövzunun adını şagirdlərindən almaq üçün slaydlarda şirkət rəhbəri, şirkət adı
nümayiş etdirdi. Şagirdlər “Patron” cavabını verməklə dərsin adını müəyyənləşdirdilər.
Müəllim şagirdlərə paylama materialları təqdim etdi. Şagirdlər paylama materialları
üzərində çalışmağa başladılar. Bu materiallarda şagirdlərə patronun quruluşu, güllənin növləri, döyüş
patronu, giliz, barıt atımı, kapsul və s. haqqında təqdimat hazırlamaq
tapşırıldı. Paylama materiallarının təqdimatından sonra sinif “Qarabağ”,
“Mübariz”, “Şahin”, “Vətən” adlandırılmaqla dörd qrupa bölündü. Tədqiqat
aparmaq üçün “Mübariz” qrupuna “Patronun quruluşu hansılardır?”, “Şahin”
qrupuna “İzburaxan” patronlar nə vaxt istehsal olunub?”, “Qarabag” qrupuna
“Xüsusi məqsədlə olan patronlar hansılardır?”, “Vətən” qrupuna “Patronun növləri
hansılardır?” tədqiqat sualları ünvanlandı. Şagirdlər bu tədqiqat sualları ətrafında
işləməklə patronların növləri, onların göstəriciləri, avtomat darağının işləmə
prinsipləri və s. haqqında suallar ətrafında düşündülər. Qrupların təqdimatı
zamanı bəlli oldu ki, müəllimin qoyduğu qrup sualları arasında Azərbaycan telekanallarında nümayiş olunan hərbi
verilişlər, Azərbaycanla sudan və qurudan həmsərhəd olan dövlətlər, Dağlıq
Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr haqqında da
suallar da var idi. Əsgər müəllim şagirdlərini hərbi biliklərlə
silahlandırmaqla yanaşı, onların dünyagörüşünün inkişafına, cəmiyyətdə baş verən
ictimai-siyasi proseslərdən xəbərdar olmalarına da çalışırdı. Uşaqların da
cavablarından aydın olurdu ki, onlar qoyulmuş sualların ictimai əhəmiyyətindən
də xəbərdardırlar. Müəllim əgər BMT qətnamələri haqqında sual ünvanlayırdısa,
daha sonra qətnamənin nə olduğu barədə sual edirdi. Azərbaycanın sərhəd
qonşuları barədə sual verirdisə, həmin qonşuların coğrafi, strateji mövqeyi, Azərbaycanla
əlaqələri barədə soruşur, dərsi inteqrasiya şəraitində aparırdı. Əgər bir hərbçi
hansı hərbi-texniki, taktiki hazırlığa mailk olmalıdırsa, bunu Əsgər müəllimin
simasında görmək mümkün idi.
Qruplar öz işlərini
təqdim etdikdən sonra müəllimin siniflə apardığı sorğu-sual da şagirdlərin
maraqlı cavabları ilə zənginləşdirildi. Bu, həm də mövzunun daha dərindən mənimsədilməsi
məqsədi daşıyır, məntiqi mahiyyəti ilə şagirdlərin təfəkkür qabiliyyətlərinin
inkişafına xidmət edirdi.
Əsgər müəllimin dərsdə
qarşısına qoyduğu ən ali məqam şagirdlərinin hərbi biliklərin ilkin sirlərinə yiyələnmələri
ilə bərabər, onlarda vətənpərvərlik hisslərini formalaşdırmağa nail olmaq idi.
Onun izahatlarından aydın olurdu ki, silah, sürsat, hərbi texnika insanı məhv
etmək üçün deyil, vətəni yağı düşməndən qorumaq üçündür. Hər bir Azərbaycan gənci
Vətəninin, ata-babalarından miras qalmış müqəddəs torpaqlarının müdafiəsi naminə
hərbi biliklərə yiyələnməli, silahdan istifadə qaydalarını bilməlidir.
Krossvordların həlli
də dərsin maraqlı məqamlarından birinə çevrildi. Əsgər müəllim bu məqamda da şagirdlərin
dünyagörüşünü, digər fənlərdən əldə etdikləri bilik və bacarıqları da sınağa çəkdi.
İnsafən, şagirdlər bu sınaqdan da üzüağ çıxdılar. Onlar qoyulmuş sualların məzmunu
əsnasında Azərbaycanın, onun ayrılmaz hissəsi olan Qarabağın keçmişinə səyahət
edir, Azərbaycanın hərb tarixində misilsiz rol oynamış hərbçilərlə, onların
keçdiyi ömür yolunun bəzi məqamları ilə tanış olur, Azərbaycanla dost ölkələri
tanıyır, ölkəmizin strateji mövqeyini öyrənirdilər. Şagirdlərin cavablarından bəlli
oldu ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. Bu dövlət
bu gün də ölkəmizin beynəlxalq aləmdə ən yaxın tərəfdaşı kimi çıxış edir.
Əsgər Manafovun
11-ci sinifdə apardığı dərs də fəal təlim texnologiyalarının tətbiqi şəraitində
keçdi. Dərsin əvvəlində müəllim yazıçı Əhmədağa Qurbanovun “Tikanlı məftillər”
povesti əsasında çəkilmiş “Dağlarda döyüş” filmindən fraqment nümayiş etdirdi.
Fraqment nümayiş olunandan sonra şagirdlər mövzunun adını müəyyənləşdirdilər:
“Saatdar”. Bundan sonra müəllim şagirdlərə paylama materialları təqdim etdi. Bu
materiallarda qoyulmuş sullarla müəllim şagirdlərin hərbin vacib elementləri
olan qarovulun vəzifələri, postun əhəmiyyəti, saatdarın kimliyi, vəzifələri və
s. haqqında biliklər əldə etmələrinə nail oldu.
Qeyd edim ki, Əsgər
müəllim şagirdlərinin silahla davranmalarına, ondan istifadə qaydalarına yiyələnmələrinə
tədris etdiyi fənnin mühüm məqamı kimi yanaşır. Qanun çərçivəsində şagirdlərinin silahla əyani tanışlığına nail
olur.
Ümumiyyətlə, hər bir
müəllim tədris etdiyi fənnin imkanlarından istifadə etməklə, şagirdlərinə vətəndaşlıq,
özünüdərketmə hissləri, Vətən, millət, ata-ana sevgisi aşılamaq imkanlarına
malikdir. Əsgər Manafovun hərbin tarixi və müasir inkişaf dinamikasını bilməsi,
dərs prosesində hərb tarixi ilə müasirliyi
əlaqələndirə bilmə bacarığı və bunları pedaqoji ustalıqla tətbiq etməsi şagirdlərin mövzunu dərketmə səviyyəsini yüksəldirdi.
Sualların hazırlanması və qoyuluşundakı məntiqi ardıcıllıq, ideyalılıq,
suallara maraq oyatmaq bacarığı dərsin elmi səviyyəsini yüksəltməklə bərabər, dərketməni
də optimallaşıdırırdı. “Nəsimi” filmindən nümayiş olunan fraqmet qoyulan
sualların daha asanlıqla qavranılmasına yönəlmişdi. Fraqmentdə döyüşçü ona həvalə
olunmuş postu icazəsiz tərk etdiyi üçün tənbeh olunurdu. Əsgər müəllim bu kimi
faktlardan istifadə etməklə, şagirdlərə aşılayırdı ki, onlara tapşırılan, həvalə
olunan işlərə məsuliyyətlə yanaşmalıdırlar. Kiçik bir məsuliyyətsizlik
arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bunun üçün də hələ kiçik
yaşlarından məktəblilərə məsuliyyət hissi aşılanmalı, hər kəs öz borcunu dərk
etməlidir. Vətən hər şeydən öndədir.
“Mübariz”, “Vətən”,
“Qarabağ”, “Şahin” qruplarına ünvanlanmış sullarda da müəllim sulların yalnız
mexaniki olaraq cavablandırılmasına deyil, məntiqin və tədqiqatın nəticəsi kimi
meydana çıxmasına çalışırdı. Bir məqama da diqqət yetirmək lazımdır ki, Əsgər
müəllim şagirdlərinin tədris etdiyi fənnə maraqlarını təmin etməklə bərabər,
onların gələcək əsgərlik həyatına, Vətənin müdafiəsinə hazırlığına çalışırdı.
Sinfin qızları da verilən suallara oğlanlarla bərabər cavab verir, hərbə ciddi
maraq göstərdiklərini nümayiş etdirirdilər. Dərsin sonunda şagirdlərin
bir-birilərini qiymətləndirməsləi də maraq doğurdu.
Əsgər Manafovun
pedaqoji fəaliyyətinə nəzər saldıqda görmək mümkündür ki, onun sinif otağında yetirmələri
ilə birgə çəkdiyi zəhmət yarış meydanlarında qələbələrin əldə olunmasına yol
açır. Böyük sərkərdələrdən birinin dediyi kimi, təlimdə tər tökməyən, döyüşdə
qan tökər. Artıq neçə illərdir ki, Əsgər Manafovun hazırlayıb respublika
yarışlarına çıxardığı hərbi idman komandaları rəqibləri üçün keçilməz səddə
çevrilib. Hər bir qələbə, hər bir uğur gənclərin fiziki hazırlığı ilə yanaşı,
onların mükəmməl mənəvi hazırlığından da soraq verir. Fikrimcə, Əsgər Manafovun
uğurlarının təməlində dayanan amillərdən biri də məhz budur: Qələbəyə, gələcəyə
inam əzmi, hərbin sirlərinə yiyələnmək
sevgisi. Şübhə yoxdur ki, Əsgər Manafovun 70-ə yaxın yetirməsinin zabit kimi şərəfli
peşəyə yiyələnib Vətənin müdafiəsində dayanması da bu sevgidən
qaynaqlanır.
Professor Əjdər
Ağayev: “Bu gün gənclərin çağırışaqədərki hərbi hazırlıq fənnindən öyrəndikləri
onların gələcək hərbi xidmət həyatında mühüm köməkçisi olacaqdır. Biz Əsgər
Manafovun dərsində müəllimin nəzəri vətəndaş bilikləri ilə yanaşı, hərbi bilikləri
də mükəmməl şəkildə aşılandığının şahidi olduq. Əsgər müəllimin simasında hərbin
sirlərindən xəbərdar olan mütəxəssis və əsl pedaqoqu gördük.”
Qalib Bəşirov: “Əsgər
müəllimin şagirdləri ilə birlikdə əldə etdiyi respublika miqyaslı uğurlar
yalnız 6 nömrəli tam orta məktəbin deyil, İsmayıllı təhsilinin adına yazılan
uğurlardır.”
Əsgər Manafovun ömür
yolundan sətirlər...
Ehtiyatda olan
zabit Əsgər Manafov 1957-ci ildə Bakı şəhərində neftçi ailəsində anadan
olub.
1989-cü ildə Moskva şəhərində Şvernik adına Həmkarlar Hərəkatının Ali məktəbinin iqtisadiyyat fakültəsini bitirib.
1989-cü ildə Moskva şəhərində Şvernik adına Həmkarlar Hərəkatının Ali məktəbinin iqtisadiyyat fakültəsini bitirib.
1988-cı ildən İsmayıllı
rayon 138 nömrəli texniki peşə məktəbində pedaqoji fəaliyyətə
başlayıb.
1992-1998-ci
illərdə İsmayıllı şəhər 3 və 4 nömrəli tam orta
məktəblərdə Gənclərin Çağırışaqədərki Hazırlıq fənn müəllimi
işləyib. 1998-ci ildən Natiq Behdiyev adına İsmayıllı
şəhər 6 nömrəli tam orta məktəbdə bu fənni tədris edir. 1998-ci
ildə qabaqcıl iş təcrübəsi İsmayıllı
Rayon Təhsil şöbəsi tərəfindən öyrənilərək yayılıb.
2004-cü ildə Təhsil
Nazirliyi tərəfindən keçirilmiş “İlin ən yaxşı
müəllimi” müsabiqəsində II dərəcəli diploma layiq görülüb.
2008-ci ildə şagirdi
“Cəsurlar ” hərbi idman yarışında fərqləndiyinə görə Müdafiə Nazirliyinin
“Fəxri Fərman”ı ilə təltif olunub.
Hazırladığı “Vətənin
Müdafiəsinə Hazıram” komandası Respublika çempionatının yekun
mərhələsində 2008-ci ildə I, 2009-cu ildə II yerə layiq
görülüb.
2009- ci ildə hazırladığı "Şahin"
hərbi-idman komandasi final yarışında qalib gələrək ölkə
çempionu olub.
2011-ci ildə "Qarabağ
uğrunda qələbəyə doğru" şüarı altında keçirilən güllə atıcılğı yarışında
komandası respublikanın final yarışında I yeri
qazanıb.
2012-ci ildə yaz çağrışına
həsr olunmuş yarışda “Vətənin Müdafiəsinə Hazıram” komandası Respublika çempionatının
qalibi olub. 2012-ci ildə “Gənc xilasedici və yanğınsöndürən”
komandası Respublika final yarışında II
yeri tutub .
2013-cü ildə “Gənc
xilasedici və yanğınsöndürən” komandası Zona yarışında I, Respublika final yarışında II olub.
Təcrübəli
hərbçi-müəllim “Gənc döyüşçünün məharətlənmə hazırlığı”, “Öyrəndik ki,
öyrədək”, “Vətən çağırır”, “İqtisadi biliklər zamanın tələbidir” adlı
kitabların müəllifidir.
Əsgər Manafovun
yetirmələrindən 64 nəfəri ali hərbi məktəbi
bitirərək zabit kimi vətənə xidmət edirlər.
O, Gənclərin
Çağırışaqədərki Hazırlıq fənni üzrə dayaq
məntəqəsinin rəhbəri, Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin ehtiyyatda olan zabitlərinin Şirvan
regionu üzrə sədr müavinidir.
Azərbaycan
Respublikası Müəllimlər Qurultayının nümayəndəsi olmuşdur.
Əsgər Manafov 2011-ci ildə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə keçirilən “Ən
yaxşı müəllim” müsabiqəsinin qalibi olub, 2012-
ci ildə “Azərbaycan Respublikasının Qabaqcıl
Təhsil işçisi” adına layiq görülüb. 2013-cü ildə
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin
sərəncamına əsasən "Tərəqqi"
medalı ilə təltif olunub, eyni zamanda ölkə başçısı tərəfindən
“Təşəkkürnamə” ilə mükafatlandırılıb.
Böyükağa MİKAYILLI
No comments:
Post a Comment